Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:03
Qazaxıstanda «Uralskaya nedelya» qəzetinin müxbiri Lukpan Akhmedyarov'a hücumla bağlı cinayət işi açılıb.

Aprelin 20-də Lukpan Akhmedyarov ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Jurnalistin vəziyyəti ağırdır.

Lukpan Akhmedyarov gecə evində hücuma məruz qalıb. Şahidlərin dediyinə görə, ona 5 nəfər hücum edib. Akhmedyarov möhkəm döyülüb, napnevmatik silahdan atəş açılıb.

«Uralskaya nedelya» qəzetinin baş redaktoru Tamara Eslyamova deyib ki, son günlər Lukpan Akhmedyarov və ailəsi bir neçə dəfə hədə-qorxuya məruz qalıb.

Jurnalistləri Müdafiə Komitəsi Qazaxıstan hakimiyyətini jurnalistə olan hücumu araşdırmağa çağırıb.

Həmkarları bu hücumun jurnalisti öldürmək məqsədilə törədildiyini bildirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG