Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:11

Qazaxıstanda jurnalistə hücum olub


Qazaxıstanda "Uralskaya nedelya" qəzetinin müxbiri Lukpan Akhmedyarov ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Jurnalistin vəziyyəti ağırdır.

Lukpan Akhmedyarov dünən gecə evində hücuma məruz qalıb. Şahidlərin sözlərinə görə, ona beş nəfər hücum edib. Akhmedyarov möhkəm döyülüb, ona napnevmatik silahdan atəş açılıb.

"Uralskaya nedelya" qəzetinin baş redaktoru Tamara Eslyamova bildirib ki, son günlər Lukpan Akhmedyarov və ailəsi bir neçə dəfə hədə-qorxuya məruz qalıb.

Jurnalistləri Müdafiə Komitəsi Qazaxıstan hakimiyyətini jurnalistə olan hücumu araşdırmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG