Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

Suriyada zorakılıqlar davam edir


Suriyadan zorakılıqlarla bağlı ciddi xəbərlər gəlir. Bunu BMT-nin baş katibi ban ki-Moon deyib.

Hüquq müdafiəçilərinin məlumatına görə, Suriyanın şimalında atəşkəsin pozulması davam edir.

BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annanın sülh planı Suriyadakı böhranın həlli üçün sonuncu ümiddir. Bunu Parisdə toplaşan “Suriyanın dostları qrupu”nun üzvləri bildiriblər.

Parisdə Qərbin və ərəb dövlətlərinin 14 nümayəndəsi iştirak edib. ABŞ dövlət katibi Hillary Clinton bildirib ki, əgər Suriya hakimiyyəti Annanın sülh planını yerinə yetirməyə başlamasa, BMT-nin Təhlükəsizlik Şurası Suriyaya qarşı yeni sanksiyalar tətbiq etməlidir.

Rusiyanın Xarici İşlər Nazirliyi isə “Suriyanın dostları qrupu”nun mövqeyini tənqid edib. Bildirib ki, qrupun mövqeyi birtərəflidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG