Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:33

3 dəfə artan ümumdaxili məhsul, vahid namizəd dartışması, boykot olan tədbir...


Aprelin 20-də dərc olunan qəzetlər

Aprelin 20-də dərc olunan qəzetlər

«Son 8 ildə ümumi daxili məhsulumuz 3 dəfə, büdcə xərcləri 20 dəfəyə yaxın artıb, yoxsulluq 5 dəfə azalıb. 8 il bundan əvvəl əhalimizin 49 faizi yoxsulluq şəraitində yaşayırdı. Hazırda bu rəqəm 7.6 faizdir».
«Azərbaycan» qəzetində yer alan bu fikirləri prezident İlham Əliyev aprelin 19-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə Bakıda keçirilən 28-ci regional konfransında çıxışı zamanı deyib.
İlham Əliyev bildirib ki, Azərbaycan özünü əsas qida məhsulları ilə 80-90 faiz təmin edir.
ROLAND KOBİANIN TƏƏCCÜBÜ
«Azadlıq» qəzeti yazır ki, Azərbaycan hökuməti cümə axşamı Bakıda Avropa İttifaqı və Avropa Şurası tərəfindən təşkil edilmiş QHT sahəsində qanunvericiliyə dair seminarı boykot edilib.

​«Hakimiyyət Avropa İttifaqının tədbirini boykot etdi» başlıqlı yazıda qəzet yazır ki, Avropa İttifaqının Bakıdakı missiyasının rəhbəri Roland Kobia bununla bağlı təəccübünü bildirib:
«O, jurnalistlərlə söhbətində bildirib ki, tədbir əvvəldən planlaşdırılıb və hətta azərbaycanlı məmurların iş qrafiki ilə əlaqədar vaxtı dəyişdirilib. Eyni zamanda o, seminarda iştirakla bağlı konkret müzakirənin aparıldığını açıqlayıb».
AZƏRBAYCANLILAR ERMƏNİSTANDA QALAN MAL-MÜLKİ
«Yeni Müsavat» yazır ki, «Qərbi azərbaycanlılar təşkilatlanmağa başladı».
Qəzetin yazdığına görə, Qərbi Azərbaycana (Ermənistana) Qayıdış ictimai Birliyinin rəhbəri Rizvan Talıbov bildirib ki, onlar Ermənistandan qovulan qaçqınların statusunun bərpasına, o ölkədə qalan mal-mülklərinin hesablanaraq Ermənistandan təzminat alınmasına çalışacaqlar.
PENSİYA MONOPOLİYASI
«Bizim yol» qəzeti pensiya kartları ilə bağlı yaranan problemlərdən yazır. Qəzet pensiyaların 2 bank tərəfindən verilməsini bank monopoliyası ilə əsaslandırır:
«Heç cür aydın deyil ki, hökumət nə üçün pensiyaların verilməsində yalnız iki bankın «Kapital Bank» və Beynəlxalq Bankın üzərində durur. Burda monopoliya açıq şəkildədir».
RADİKAL MÜXALiFƏTİN VAHİD NAMİZƏD DARTIŞMASI
«Yeni Azərbaycan» qəzeti «Radikal müxalifətin vahid namizəd dartışması»ndan yazır:
«Azərbaycanda radikal müxalifət partiyalarının cəmiyyətdə heç bir sosial dayağa malik olmadığını hər kəsə məlumdur. Bu reallıqları İctimai Palata deyilən qurumda toplaşan həmin partiyaların təmsilçiləri yaxşı anlasalar da, uğursuzluqlarını etiraf etmək istifadə istəmirlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG