Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:42

ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası olub


Aprelin 19-da Vaşinqtonda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının üçüncü iclası keçirilib. ABŞ Dövlət Departamenti bu barədə məlumat yayıb.
Görüşdə Azərbaycanın maliyyə naziri Samir Şərifov və onun nümayəndə heyəti iştirak edib. ABŞ tərəfdən görüşə Dövlət Departamenti, Enerji, Ədliyyə Departamentləri, Xəzinədarlıq, ABŞ Ticarət nümayəndəsi, USAİD, ABŞ İxrac-İdxal Bankı və ABŞ Ticarət və İnkişaf Agentliyi qatılıblar.
ABŞ Dövlət Departamenti bildirir ki, bu strateji dialoqda ABŞ və Azərbaycan arasında iqtisadi və kommersiya əməkdaşlığının gələcək imkanları müzakirə olunub.

Görüş çərçivəsində Dövlət Katibinin iqtisadi və biznes işləri üzrə köməkçisi Jose W. Fernandez, USAİD-in Avropa və Avrasiya üzrə administrator köməkçisi Paige Alexander, Dövlət Katibinin Cənubi və Orta Asiya məsələləri üzrə köməkçisi Robert Blake, Avrasiya Enerji məsələləri üzrə xüsusi nümayəndə səfir Richard Morningstar iclaslar keçiriblər. Nümayəndə heyətləri iqtisadi şaxələndirmə, maliyyə xidmətləri, enerji, ticarət və investisiya, yeni əməkdaşlıq təşəbbüslərini müzakirə ediblər.
USAİD-in Azərbaycanda həyata keçirdiyi inkişaf layihələrinə Azərbaycan hökumətinin birgə maliyyəsini nəzərdə tutan sazişin uzadılması da görüşdə müzakirə olunub.
XS
SM
MD
LG