Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:52

ABŞ səfirliyi İdrak Abbasova olan hücumu pisləyir


ABŞ-ın Azərbaycandakı Səfirliyi jurnalist İdrak Abbasova olan hücumu pisləyir.
Səfirliyin aprelin 20-də yaydığı bəyanatda qeyd olunur ki, «medianın azadlığı hər bir demokratiya üçün vacibdir. Jurnalistlər hədə və qorxu olmadan azad şəkildə işləyə biməlidirlər».
Səfirlik Azərbaycan hökumətini dərhal və əsaslı cinayət araşdırmasını başlamağa hücumda günahkar olanları məsuliyyətə cəlb etməyə cağırır.
«Ayna» və «Zerkalo» qəzetlərinin əməkdaşı İdrak Abbasov aprelin 18-də Bakının Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkətinin mühafizə xidməti əməkdaşlarının qanunsuz hesab etdikləri evləri sökərkən döyülüb. İdrak Abbasovun dediyinə görə, onu əllərində dəyənək olan Dövlət Neft Şirkətinin təhlükəsizlik xidməti əməkdaşlarının formasında olan 10-a yaxın adam döyüb. O, hazırda xəstəxanada müalicə olunur.
Dövlət Neft Şirkətinin hüquq şöbəsinin rəisi Eldar Orucov hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında baş verənlərlə bağlı Neft Şirkətində komissiya yaradıldığını deyib. Bildirib ki, kim orada öz səlahiyyətlərini aşıb hüquq pozuntusuna yol veribsə, cinayət əməli törədibsə, onların hər biri barədə tədbir görüləcək. «Fərqi yoxdur, o, İdrakdır ya da bizim əməkdaş»- deyə Eldar Orucov bildirib.
Daxili İşlər Nazirliyi aprelin 18-də Sulutəpədə baş verən hadisə ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun AzadlıqRadiosuna verdiyi məlumata görə, aprelin 18-də Sulutəpə qəsəbəsində qanunsuz tikililəri sökən Dövlət Neft Şirkətinin əməkdaşlarından 7 nəfərinə xəsarət yetirilib. Ehsan Zahidovun dediyinə görə, bu zaman sakinlərdən İdrak Abbasovla Camal Əliyev xəsarət alıb və hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Jurnalistləri Müdafiə Komitəsi, «Amnesty International», «Freedom House», «Sərhədsiz reportyorlar» təşkilatları da Azərbaycan hakimiyyətindən İdrak Abbasovu döyən və digər reportyorlara hücum edənlərin dərhal cəzalandırılmasını tələb edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG