Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:02

Azərbaycan Əfqanıstan Milli Ordusu Fonduna 1 milyon avro pul köçürüb


Əfqanıstan ordusunun əsgərləri təlim zamanı
Əfqanıstan ordusunun əsgərləri təlim zamanı
-

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, bunu nazir Elmar Məmmədyarov NATO-nun Şimali Atlantika Şurasının
ISAF-a tövhə verən dövlətlərin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan həm qoşun hissələri göndərməklə, həm də öz ərazisindən tranzit kimi istifadə olunmasına icazə verməklə, habelə Əfqan xalqına qeyri-hərbi yardım proqramları təmin etməklə ISAF əməliyyatlarına tövhə verməkdə qərarlıdır:
«Biz təhlükəsizliyin, habelə nizam-intizamın təmin edilməsi üçün məsuliyyətin Əfqan hakimiyyətinə ötürülməsini dəstəkləyirik. Əfqanıstan rəhbərliyi və inkişaf etməkdə olan Əfqan potensialı keçid prosesinin uğurla tamamlanması üçün əsas amildir».
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin imkanlarının gücləndirilməsi istiqamətində beynəlxalq dəstək məsələsinə böyük əhəmiyyət verir.
«Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin fevralında NATO mənzil-qərargahına səfəri zamanı Əfqanıstan Milli Ordusu Fonduna 1 milyon avro ayrıldığını elan etdi və həmin məbləğ bu yaxınlarda Fondun hesabına köçürülüb. Və bu bir başlanğıcdır»- deyə nazir bildirib. .
Nazir həmçinin əlavə edib ki, Əfqanıstanın spesifik ehtiyaclarını nəzərə alaraq, Azərbaycan müxtəlif institutlar– Diplomatik Akademiya, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Sərhəd Xidməti Akademiyası vasitəsilə Əfqanıstanda təhsil və təlim proqramları həyata keçirir.
XS
SM
MD
LG