Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:10

Gül bayramı ilə bağlı hazırlıqlara başlanılıb


Heydər Əliyev adına sarayın qarşısındakı park

Heydər Əliyev adına sarayın qarşısındakı park

Aprelin 20-dən Gül bayramı ilə bağlı hazırlıqlara başlanılıb.
Artıq Heydər Əliyev adına sarayın qarşısındakı parka bununla bağlı avadanlıqlar gətirilib.
Parkın kənarına ötən ilki bayramda çəkilmiş iri fotolar vurulub,əraziyə güllərdən hazırlanacaq fiqurlar üçün müxtəlif ölçülü karkaslar boşaldılıb. Bakı şəhər icra hakimiyyərtinin əməkdaşları da ərazidə iş aparmaqdadılar.
2004-cü ildən başlayaraq hər il mayın 10-da, keçmiş prezident Heydər Əliyevin doğum günündə Bakı Şəhər İcra hakimiyyəti paytaxtda gül bayramı təşkil edir.
Hər il dekorasiyaların hazırlanmasında 50 ölkədən gətirilmiş güllərdən istifadə olunur. Həmin dekorasiyaların yazırlanmasında yerli şirkətlərlə yanaşı xarici ölkələrdən dəvət edilmiş dizayn şirkətlərinin nümayəndələri də iştirak edir.
Amma gül bayrama hər il nə qədər vəsait xərcləndiyini Bakı Şəhər İcra Hakimiyyəti açıqlamır.
Bakı şəhər icra hakimiyyətinin ötən illərdə açıqladığı məlumata görə, hər dəfə xaricdən bayram məqsədi ilə ölkəyə 1 milyon ədəddən artıq gül gətirilir.
Müstəqil iqtisadçılar bu tədbirin əslində bir israfçılıq və korrupsiya mənbəyi olduğunu iddia edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG