Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:40

Pakistanın şimalında gedən toqquşmalarda azı 9 adam ölüb


Cümə axşamı Pakistanın şimal-qərbində yerləşən Şimali Vəziristan əyalətində talibançılarla yerli qəbilə üzvləri arasında baş vermiş toqquşmada azı 9 adam ölüb.

Döyüş çərşənbə günü talibançıların onlara qarşı çıxan qəbilə başçısı Malik Karim Khanın evinə hücumundan sonra başlayıb.

Yaraqlılar Malik Khanı ötən il talibançııardan biri Gadir Hakkanini öldürməkdə ittiham edirlər.

Qəbilə üzvləri ötən il yaraqlıları Malik Khanın oğlunu azad etməyə məcbur ediblər.

Məlumatlara görə, yaraqlılar onun iki qohumunu qətlə yetiriblər.
XS
SM
MD
LG