Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:07
Manchester United dünyanın ən dəyərli futbol klubu kimi Forbes jurnalının siyahısına başçılıq edir.

“United”in dəyəri $ 2,24 mlrd-dır və bu göstərici dünyanın bütün idman növləri arasında ən yüskəkdir. Ümumi siyahıda dəyəri $385 milyon az olan “Nyu York Yankees” beysbol klubu və “Dallas Cowboys” amerika futbolu klubu 2-3-cü yerləri bölür.

Futbol klubları arasında:
2-ci yerdə “Real Madrid” ($1,88 mlrd),
3-cü – “Barcelona” ($1,31 mlrd),
4-cü – London “Arsenal”ı ($1,28 mlrd),
5-ci ilə “Bayern Münih”dir ($1,23 mlrd).

Bu cür böyük uğuru “Manchester United”ə, Forbes`ın fikrincə, bütün dünyada 330 milyonluq azarkeş sayı və keçən mövsüm Çempionlar Liqasının finalına yüksəlmə gətirib.

“Real Madrid” və “Barcelona” iə İspan futbolunda fərdi televiziya hüquqları haqqında sərfəli müqavilələr imzalayaraq klub dəyərini yüksəldə biliblər.

Forbes`ın rəqəmləri keçən mövsümdəki nəticələri əks etdirir.

Bu mövsüm isə Sir Alex Ferguson-un yetirmələri Çempionlar Liqası yarışını play-off mərhələsinə çıxmayaraq tərk ediblər. İspan “nəhəgləri” isə daha uğurlu çıxışlarıyla bu mövsümün nəticələrinə görə Britaniya təmsilçisindən daha böyük uğur əldə edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG