Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:15

Moskvada azərbaycanlı iş adamı qətlə yetirilib


APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında baş verib.

Paytaxtın “Persenskiy val” adlanan ərazisində “Toyota Land Cruiser” markalı avtomobildə bir kişi meyiti və yaralı qadın aşkar edilib.

Qətlə yetirilən Moskvada işləyən iş adamı, 1959-cu il təvəllüdlü İlqar Cəbrayılov, yaralı qadın isə onun həyat yoldaşıdır.

O Moskvada spirtli içkilərin satışı ilə məşğul olurmuş.

Şahidlərin sözlərinə görə, yol ayrıcında gözləyən silahlı adam avtomobilin qarşısına keçərək bir neçə dəfə atəş açıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG