Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:41
Dünya Bankı 148 ölkədə 150 min adamla müsahibə əsasında hazırladığı hesabatda bildirir ki, dünyada yaşlı əhalinin 50 faizinin bank hesabı var.
İnkişaf etmiş ölkələrdə bu göstərici 89 faizdir.

2 milyard 500 milyon adamın isə bank hesabı yoxdur.
Bunlar əsasən kasıblardır.
Gündəlik gəliri 2 dollardan az olan kasıbların 75 faizinin bank hesabı yoxdur.

Bank hesabı olsa yaxşıdır yoxsa olmasa?

51 HESAB

Yeri gəlmişkən, bu günlərdə Rusiya prezidenti Dmitri Medvedev illik gəlirini açıqlayanda bildirdi ki, onun 15 bank hesabı var.

Rekordçular isə yəqin ki, diktatorlardır. Filippinin hökumət komissiyası keçmiş diktator Markosun təkcə İsveçrədə 51 hesabını üzə çıxarmışdı.

HESAB OLSA YAXŞIDIR

Sıravi adamlara gəldikdə, Dünya Bankı hesab edir ki, bank hesabı olmaq, olmamaqdan yaxşıdır.
Məsələn, pul lazım olanda hesabı olmayanlar məcbur olub, tanış-bilişdən, hətta tanımadığı adamlardan borc alır, bunun faizi isə daha yüksək olur.

Dünya Bankının sorğuda məqsədi müəyyən etmək idi ki, dünya əhalisinin neçə faizinin bank hesabı var? Onlar bu hesablardan ödəmələr və ya yığım üçün istifadə edirlərmi? Yoxsa bu hesablara təkcə maaş gəlir? Nə qədər adamın kredit kartı var?

AZƏRBAYCAN

Dünya Bankı 2011-ci ilin iyul-avqust aylarında Azərbaycanda 1000 nəfərlə üzbəüz söhbət edib.

Suallardan biri belə olub ki, son bir ildə borc alanda, bu pulu bankdan almısınız yoxsa dost-tanışdan?

Azərbaycanda cavab verənlərdən 27 faizi deyib ki, borc alanda tanışlardan alıblar.

18 faiz isə borcu maliyyə qurumlarından öz bank hesabına alıb.

Bank hesabı olanlar 15 faizdir.

Azərbaycanda kredit kartı olanlar isə cəmi 3 faizdir.

Əhalinin cəmi 2 faizi pul yığmaq üçün öz bank hesabından istifadə edir.

Xaricdə yaşayan qohumlarının pul göndərdiyi azərbaycanlıların cəmi 1 faizi bunun üçün öz bank hesabından istifadə etdiyini deyib.

Qubad Ibadoğlu

Qubad Ibadoğlu



EKSPERT ŞƏRHİ

Azərbaycandan niyə cəmi 15 faizn bankda hesabı var?

İqtisadçı Qubad İbadoğlu: “Azərbaycanda əhalinin gəlirlərinin 73 faizi istehlak xərclərinə gedir. Yəni yığıma çox az qalır. Bundan başqa maaşların özü də azdır. Yəni bank hesabından aktiv istifadə etməyə burda gərək vəsait olsun.”

Sovet Dövründə pulu olanların əksəriyyətinin əmanət kitabçaları vardı, bu hesablarda olan pullar batdı.
İndi hesabların azlığı həmin acı təcrübənin nəticəsi ola bilərmi?

Qubad İbadoğlu: “Təkcə Sovet dönəmində batan pullar məsələsi deyil. Müstəqiliyin ilk illərində “Vahidbank”, “Xəyalbank”da da hesablarda pullar geri qayıtmadı. Bütün bunlar inamı azaldır. Ümumiyyətlə, bank sisteminə inam çox aşağı səviyyədədir.

Dünya bankının hesabatında deyilənlərlə bağlı Bakı küçələrində sorğu da keçirmişik. Cavablardan belə bəlli olur ki, insanlar bank hesabının vacibliyini yaxşı başa düşür. Ancaq hesaba qoymağa pul azdır.




Bəs sizin bankda hesabınız varmı? Pulunuzu Azərbaycan banklarında yığardınızmı? Kredit kartı olmaq sərfəlidirmi?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG