Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

M.Ə. Rəsulzadə ilə bağlı Mikheil Saakashviliyə müraciət olundu


Gürcüstan prezidenti Mikheil Saakashvili

Gürcüstan prezidenti Mikheil Saakashvili

Azərbaycandan 8 siyasi və ictimai qurum Məmməd Əmin Rəsulzadənin abidəsinin Tbilisidə ucaldılması ilə bağlı Gürcüstan prezidenti Mikheil Saakashviliyə müraciət edib.
Ümumilikdə 100-dən artıq adamın aprelin 19-da imzaladığı müraciətdə M.Ə. Rəsulzadənin Bakıda heç bir abidəsinin olmaması xatırladılır. Qeyd olunur ki, Rəsulzadə təkcə Azərbaycana yox, həm də bütövlükdə Qafqaza sülh, azadlıq, demokratiya gətirən liderlərdən biridir.
«Ölkəmizə səfəriniz zamanı bunları sizin dilinizdən də eşitmək bizə böyük qürur verdi, Sizə böyük təşəkkürlər etdik. Ona görə də, M. Ə. Rəsulzadənin heykəlinin bu gün regionun azadlıq və demokratiya mərkəzinə çevrilən Tiflis şəhərində qoyulması Qafqazın tarixinə, xalqların azadlıq və demokratiya arzularına, əbədi dostluğumuza böyük bir töhfə olardı»- deyə müraciətdə bildirilir.
Qeyd olunur ki, abidənin qoyulmasına qərar verildiyi halda müraciəti imzalayan şəxslər xərcləri ödəyə bilər.
Müraciəti Azad Gənclik Təşkilatı, NİDA Vətəndaş Hərəkatı, Dalğa Gənclər Hərəkatı, Vətəndaş Həmrəyliyi, AXCP, Müsavat partiyalarının gənclər təşkilatları, İnsan Hüquqları klubu, Müsbət Dəyişiklik Gənclər təşkilatları və 10-dan artıq tanımış gənc yazar imzalayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG