Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:40

İ. Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransına qatılıb


Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransı keçirilir.
Prezidentin rəsmi internet saytında verilən məlumata görə, İlham Əliyev konfransın açılışında çıxış edib.
Hilton otelində keçirilən konfransda dünyanın 50-dən artıq ölkəsindən nümayəndənin iştirak etdiyi bildirilir.
Regional konfransın əsas məqsədi 2012-2013-cü illər üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının region üzrə iş proqramının və büdcəsinin təsdiq olunması, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdir.
Konfrans çərçivəsində nazirlərin “dəyirmi masa”sında ərzaq təhlükəsizliyinə dair məsələlərin də müzakirə olunacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG