Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:36

İDRAK ABBASOVUN MÜSAHİBƏSİ


İdrak Abbasov xəstəxanada
İdrak Abbasov xəstəxanada
İDRAK ABBASOVUN AZADLIQRADİOSUNA MÜSAHİBƏSİ

«Əraziyə çatanda telefonu çıxarıb çəkməyə başladım. Elə bil məni gözləyirdilər. Hamı cumdu üstümə. Əvvəlcə telefonu əlimdən aldılar. Mən buna etiraz etdim. Sonra üstümə hücum çəkib məni təpikləməyə başladılar. Yerə yıxılmışdım, məni tapdalayırdılar. Məni ən azı 10 nəfər vururdu. Əllərində dubinka, taxta var idi. Onların əynində ADNŞ-nin hərbi ala-bula forması, bir də özlərinin polis formasına oxşayan formaları var idi».
1 saylı Klinik Tibb Mərkəzinin travmatologiya şöbəsində müalicə olunan jurnalist İdrak Abbasov aprelin 18-də Sulutəpə qəsəbəsindəki 4-cü mədən adlanan ərazidə başına gələnlər haqqında çətinliklə danışır.

Arada bir az fasilə edir. Jurnalist deyir ki, döyülən vaxt ətrafda polislər olsa da müdaxilə etməyiblər: «Polislər kənarda idilər. Onlar məni döyəndə əvvəl-əvvəl böyrümə - başıma dəyən təpikləri hiss edirdim. Mən 15-20 dəqiqə dayanmadan döyüblər. Sonradan heç nə yadımda qalmayıb».
Həkim Almazxan Zeynalov deyir ki, İdrak Abbasovun vəziyyəti kafidir. Həkim deyir ki, jurnalist ətraflı müayinə olunub, sağ gözünün ətrafında, bədəninin müxtəlif yerlərində əziklər var. İdrak Abbasov özü deyir ki, dünəndən özünü nisbətən yaxşı hiss etsə də ağrıları var: «Həkim deyir ciddi bir şey yoxdur. Gözüm elə də ağramır, belim, kürəyim ağrayır. Elə bil içalatım tökülür».
XS
SM
MD
LG