Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:40

Rusiyalı gənclər kilsəyə qarşı


Moskvada bir qrup gənc Xilaskar İsa kilsəsinin qarşısında aksiya keçirdib. İnterfaksın yaydığı məlumata görə, yeniyetmələr dinə qarşı şüarlar səsləndiriblər, Rus Pravoslav Kİlsəsinin ünvanına nalayiq sözlər işlədiblər.

Piketdən sonra gənclər Moskva çayının kənarı ilə Kremlə doğru yürüş ediblər. Sonda aksiyanın altı iştirakçısı polis tərəfindən saxlanılıb.

Bu hadisə onsuz da əsəbi olan Rus Pravoslav Kilsəsinin rəsmilərini bir qədər də özündən çıxarıb. Kilsənin mətbuat katibi Vladimir Legoyda yeniyetmələrin bu hərəkətinin təəssüf doğurduğunu bildirib.

Bundan əvvəl də bir neçə qalmaqallı hadisə yaşanmışdı ki, dini liderlər bunları Kilsəyə qarşı hücum kimi qiymətləndirmişdilər.

Fevralın sonunda Pussy Riot qadın pank klubunun üzvləri gözlənilmədən kilsədə konsert vermişdilər. Bu əməllərinə görə qrupun 3 üzvü saxlanılıb. Onların məhkəməsi bu ayn sonunda başlayacaq. Kilsədə oxuyan qadınları 7 ilə qədər həbs cəzası kəsilə bilər.

2 həftə əvvəl isə bloggerlər Patriarx Kirilin saatı ilə bağlı qalmaqallı şəkli ortaya çıxartmışdılar. Onlar sübut etmişdilər ki, Patriarxın rəsmən yayılan şəkillərində Kilsə tərəfindən dəyişiklik edilib və onun qoluna taxdığı 30 min dollarlıq saatın şəkli rəqəmsal üsulla silinib. Kilsə Patriarx Kirilin belə bahalıqda saatı olduğunu inkar edirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG