Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:25

Füzuli rayon prokurorunun sabiq köməkçisi həbs edilib


Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Füzuli rayon prokurorunun sabiq köməkçisi Çingiz Mövsümov Füzuli rayon prokuroru olarkən qəsdən adamöldürmədə ittiham olunan Tural Kərimovun cinayət işi üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən zaman həmin qeyd olunan ittihamın verilməməsi üçün 2010-cu il yanvarın 7-də təqsirləndirilən şəxsin əmisi Arzu Kərimovdan 2500 manat pul alıb.
Bundan əlavə o, Tural Kərimovun məhkəmə tərəfindən təyin ediləcək cəzanın çəkilməsindən azad olunmasını təşkil etməkdən ötrü də 30 min manat pul istəməkdə də təqsirli bilinir.
Prokurorluq orqanlarından xaric edilən Çingiz Mövsümov barəsində Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi açılıb və o həbs edilib.
Cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG