Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:00

Azərbaycanın işğal edilmiş ərazilərindəki məskunlaşma siyasəti araşdırılacaq


Foto arxiv

Foto arxiv

Avropa Parlamenti Ermənistanın Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində apardığı məskunlaşma siyasətini araşdıracaq.

APA-nın məlumatına görə, Avropa Parlamentinin Strasburqda keçirilən sessiyası çərçivəsində Ermənistanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qəbul olunmuş qətnamədə belə deyilir.

Deputatlar həmçinin qətnamədə Ermənistanı öz vətəndaşlarını hərbi xidmət keçmək üçün
Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərinə göndərməməyə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG