Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:55

Avstriya polisi «Eurovision»la maraqlanır


Avstriya Daxili İşlər Nazirliyinin və Vyana polisinin nümayəndələri «Eurovision» mahnı müsabiqəsi zamanı ictimai təhlükəsizliyin təmini ilə bağlı görülmüş işlərlə tanış olmaq üçün Bakıya gəliblər.

Aprelin 18-də onları Daxili İşlər nazirinin müavini Oruc Zalov qəbul edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, O.Zalov mahnı müsabiqəsi ilə əlaqədar hazırlıq işlərinin vəziyyəti barədə danışıb və bunun dövlət başçısının şəxsi nəzarətində olduğunu vurğulayıb.

Avstriya polisinin təmsilçiləri iki gün ərzində DİN-in Çevik Polis Alayında təşkil olunmuş təlimlərdə iştirak ediblər, müsabiqə öncəsi xidməti fəaliyyətin səmərəliyinin daha da artırılması məqsədi ilə bir sıra təkliflər veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG