Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:36

Azərbaycanla AB-i arasında assosiativ saziş üzrə danışıqlar barədə qətnamə qəbul olunub


Foto arxiv
Foto arxiv
Avropa Parlamentində Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişi barədə qətnamə qəbul olunub.

APA-nın məlumatına görə, səsvermədə 520 deputat qətnamənin lehinə, 32 deputat əleyhinə səs verib, 24 deputat isə bitərəf qalıb.

Bugünkü iclasda həmçinin Ermənistanla bağlı eyni qətnamə qəbul olunub.

Parlamentin dünənki iclasında hər iki ölkəylə bağlı müzakirələr keçirilib.

Avropalı deputatlar hesab edir ki, bu saziş hər iki ölkədə insan hüquqları və demokratik islahatlar sahəsində vəziyyəti yaxşılaşdıracaq və bu prosesdə Avropa Birliyinin rolunu daha da artıracaq.
XS
SM
MD
LG