Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:08
Dünyanın ən nüfuzlu maliyyəçilərindən olan Warren Buffetdə xərçəng xəstəliyi tapılıb.

Berkshire Hathaway İnc şirkətinin baş icraçısı Buffet deyib ki, onda prostat xərçənginin birinci mərhələsidir.

81 yaşlı Buffet radiasiya ilə gündəlik müalicəyə iyulun ortalarında başlayacaq.

Dünyanın 3-cü ən varlı adamı olan Buffetin korporasiyasında 270 min adam işləyir.
Yaşadığı Omaha şəhərinin orakulu adlandırılan Buffetin xəstəliyi xəbəri onun şirkətinin səhmlərini dərhal 1,5 faiz ucuzlaşdırıb.

Ancaq həkimlər bildirirlər ki, Buffetin müalicəsinə proqnozlar çox nikbindir.

Buffetin xəstəlik xəbərindən bir gün qabaq ABŞ Senatında “Buffet qaydası” adlandırılan təklif müzakirə olunurdu və respubliaçılar bunu rədd etdilər.

Həmin təklifə bu ad Buffetin Nyu York Timesdakı məqaləsindən sonra qoyulub.

Buffet təklif edir ki, varlılardan daha çox vergi tutulsun.
O yazırdı ki, daha çox vergi vermək varlının borcudur.

Forbes jurnalının qiymətləndirməsinə görə, Buffetin var-dövləti 44 milyard dollardır.

O, Forbes jurnalının dünyanın ən varlıları siyahısında 3-cü, dünyanın ən nüfuzlu adamları siyahısında isə 20-cidir.







nwfuzlu maliyy’,il’rind’n olan varlı
XS
SM
MD
LG