Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:44

Xüsusi xidmətlərin "fahişə" qalmaqalı


Arxiv fotosu
Arxiv fotosu
Kolumbiyada, dənizkənarı kurort şəhəri olan Kartagenadakı rəsmi bardellər – fahişəxanalarda qapı zənginin səsi adətən müştərinin gəldiyindən xəbər verir. Zəng səsini eşidən kimi, arxa otaqlarda dincələn qadınlar dərhal yerindən sıçrayır, dikdaban ayaqqabılarını geyib, üst-başlarını düzəldirlər. Müştərilərin gözünə yaxşı görünmək lazımdır.

Amma Nyu-York Tayms qəzeti yazır ki, bu aralar bu vəziyyət bir qədər dəyişib. Qapı zəngi artıq təkcə müştərinin yox, polisin və ya hətta Amerika xüsusi xidmət orqanları üçün təhqiqat aparan agentlərin də gəlişindən xəbər verə bilər.


AMERİKA AGENTLƏRİNİN FAHİŞƏLƏRLƏ MÜBAHİSƏSİ

Hər şey Kartagenada keçirilən Amerika ölkələri sammitindən sonra başladı. Ötən həftə, şəhərə ABŞ prezidenti Barack Obamanın təhlükəsizliyini təmin edən xüsusi xidmət orqanlarının agentləri gəlib. Agentlər işlərini görəndən sonra, əylənmək üçün şəhərə çıxıblar.

Müxtəlif versiyalara görə, agentlər qaldıqları hotelə tək qayıtmayıblar. Yanlarında fahişələr də olub. Ancaq səhərə yaxın agentlərdən biri qiymət məsələsində gecə qızlardan biri ilə razılaşmayıb. Qalmaqal çıxıb. Və qız əvvəlcə hotel rəhbərliyinə şikayət edib, sonra isə hadisə yerinə polislər gəlib və ABŞ səfirliyi də bu hadisədən xəbərdar edilib. 11 agenti tez-tələsik geri göndəriblər. ABŞ prezidenti Barack Obama özü isə baş verənləri şərh etməli olub.


OBAMANIN QƏZƏBİ

Obama deyib ki, təhlükəsizlik xidmətinin – gizli servisin ABŞ liderlərinin, onun ailəsinin, tədbirlərin təhlükəsizliyini təmin etmək üçün gördüyü ağır və stressli işi təqdir edir, onlara buna görə təşəkkür edir. Ancaq Kolumbiyada baş verənlər ciddi şəkildə araşdırılır:

“Əgər mətbuatda yazılan iddialar təsdiqlənərsə, təbii ki, məni çox qəzəbləndirər. Çünki mənim onlara münasibətim, Amerika diplomatlarına münasibətimdən fərqli deyil. Biz ABŞ-ı təmsil edirik. Hansısa ölkəyə səfər edəndə davranışlarımız ən yüksək standartda olmalıdır, çünki özümüzü yox, həm də Amerika xalqını təmsil edirik. Mətbuatda yazılan olaylar isə heç də bu standartlara cavab vermir”.

Prezident Obama bildirib ki, Təhlükəsizlik Xidmətinin rəhbəri Mark Sullivanın apardlğıı təhqiqata tam güvənir. Sammitdən sonra isə Kartagenaya hadisəni araşdırmaq üçün Təhlükəsizlik Xidmətinin müstəntiqləri və Müdafiə nazirliyinin agentləri gəlib.


XÜSUSİ XİDMƏTLƏR QIZLARI AXTARIR

Mark Sullivan bildirib ki, agentlərin qaldığı hotel qaydalarına görə, içəri girən hər bir qonaq öz kimlik vəsiqələrini girov qoyurlar. Odur ki, içəri girən 20-21 qızın kimlikləri onlara məlumdur. Qalır, onları bir-bir tapıb, ifadələrini almaq.

Nyu-York Taymsın xəbərinə görə, aparılan araşdırma artıq agentlərdən birini təmizə çıxararaq, onun qalmaqala aidiyytaı olmadığını müəyyənləş.dirib. Nümayəndələr palatasının Milli Təhlükəsizlik Komitəsindən Peter King deyib ki, qalan 10 nəfərin ifadələri isə bir-biri ilə düz gəlmir və əmindir ki, onlar yalan danışırlar.


NYU-YORK TAYMSIN VERSİYASI

Nyu-York Tayms özü hadisənin başqa versiyasını da ortaya çıxarıb. Qəzet 42 yaşlı taksi sürücüsü Jose Penanın dediklərinə əsasən yazır ki, səhər 9-30 radələrində o iki fahişəni hoteldən götürüb. Qadınlar danışırlarmış ki, agentlərdən biri səhər-səhər ona 250 dollar əvəzinə, Kolumbia valyutası ilə cəmi 30 dollar dəyərində pul verib, nömrədən qovub. Qızlar otağın qapısı ağzında səs-küy qaldırıblar. Bunu eşidən digər agentlər dəhlizə çıxıb və qadınlara 100 dollar verərərk onları yola salıblar.

ABŞ-dan gələn müstəntiqləri təkcə hadisənin detalları maraqlandlrmır. Onları həm də əmin olmaq istəyirlər ki, sözügedən fahişələr hansısa başqa məqsədlə hotelə gəlməyiblər. Məsəslən, fahişələrin ABŞ-a düşmən münasibət bəsləyən qruplarla əlaqə ehtimallarını da araşdırırlar.

"DÜNYA SƏVİYYƏLİ" FAHİŞƏLƏR

Ancaq bütün bu baş verənlər Kartageneda çalışan fahişələri çox məmnun edib. Özünü Cali adlandıran qızlardan biri Nyu-York Taymsın müxbirinə deyib ki, " ABŞ prezidentinin cangüdənləri də bizimlə yatdığına görə, artıq biz dünya səviyyəli fahişə sayılırıq".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG