Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:14
«Eurovision 2012» mahnı müsabiqəsi ərəfəsində bəzi qüvvələrin ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri tamamilə yanlışdır. Təəssüf ki, bu prosesdə Azərbaycanın inkişafını, güclü dövlət olmasını istəməyən xarici qüvvələrə daxilimizdə də dəstək verənlər var».

Bu fikirləri yap.org.az saytına Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, bir sıra dairələr bu tədbirin Azərbaycanda keçirilməsindən sui-istifadə etməyə çalışırlar. Onun sözlərinə görə, həmin dairələrə yalnız kiçik bir qrup dəstək verir:

«Eurovision» mahnı müsabiqəsinə ölkəmiz çox ciddi şəkildə hazırlaşır. Hesab edirəm ki, kiçik bir qrupun Azərbaycanın nüfuzuna zərbə vurmaq cəhdləri iflasa uğrayacaq. Gənclərimizin mütləq əksəriyyətinin müxalifətin çirkin niyyətlərinə dəstək verməməsi bu fikri təsdiqləyir. Bu gün gənclərimiz həmin qüvvələrin «Eurovision» ərəfəsində ölkəmizə qarşı apardığı kampaniyanı pisləyir. Hazırda Azərbaycan Gənclər Təşkilatları Milli Şurasında 72 gənclər təşkilatı birləşib. Milli Şurada birləşən gənclər hər zaman, o cümlədən «Eurovision» mahnı müsabiqəsi ərəfəsində Azərbaycan təbliği ilə fəal məşğul olur. Düşünürəm ki, Bakıda «Eurovision» mahnı müsabiqəsi çox yüksək səviyyədə keçiriləcək. Buraya gələn xaricilər də həqiqətləri öz gözləri ilə görəcək və heç vaxt qərəzli mövqeyin ardınca getməyəcəklər. Təbii ki, obeyktiv rəyin formalaşmasında cəmiyyətimizin aparıcı qüvvəsi olaraq gənclərimizin səyləri və təşəbbüsləri də əhəmiyyətli rol oynayacaq»- deyə, F.Muradov vurğulayıb.

Şərhləri göstər

XS
SM
MD
LG