Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:33

İspaniyanın kralı xalqdan üzr istəyib


İspaniyanın kralı Juan Carlos Afrika səfərinə görə vətəndaşlardan üzr istəyib.

Söhbət ölkənin iqtisadi böhran yaşadığı bir dövrdə Juan Carlosun Afrikada ova çıxmasından gedir.

Səfərin üstü kralın şəxsi təyyarəsiylə ölkəyə dönməsi və qılcası sındığına görə xəstəxanaya götürülməsindən sonra açılıb.

Məlumatlara görə Juan Carlos bu dəfə fil ovuna çıxıbmış.

Amma kral ailəsi hələlik bu məlumatı təsdiq və ya təkzib etməyib.

Kral buna görə xalqdan üzr istəyib və bunun bir daha təkrar olmayacağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG