Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:25

“Eurovision”a ən böyük maraq gənclərdədir


“Rəy” Monitorinq Mərkəzi aprelin 9-10-da Bakı şəhərində “Eurovision-2012”-nin Azərbaycanda təşkili və keçirilməsi barədə ictimai rəy sorğusu keçirib.

Sorğuya yaşı 18 və daha yuxarı olan 900 nəfərə yaxın respondent cəlb edilib. Sorğunun nəticələrinə görə, 80% respondent müsabiqəni izləyəcəyini bildirib. Onlardan 8%-i bu konserti birbaşa zaldan izləməyi arzuladıqlarını, 68%-i isə televiziya vasitəsilə tamaşa edəcəklərini deyiblər.

Sorğunun nəticələrinə əsasən, müsabiqəyə ən böyük maraq 18-24 yaşlı gənclər arasında qeydə alınıb. Müsabiqəni izləyəcəklərini deyənlərin 78%-ni məhz bu yaş qrupuna aid gənclərdir.
XS
SM
MD
LG