Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:36

MTN Gəncədəki əməliyyatla bağlı məlumat yayıb


Milli Təhlükəsizlik Nazirliyinin binası

Milli Təhlükəsizlik Nazirliyinin binası

MTN-in mətbuat xidmətinin aprelin 18-də yaydığı məlumata görə, Vüqar Padarov 2011-ci ilin yay aylarında Azərbaycanda təxribat-pozuculuq və terrorçuluq aksiyalarına hazırlıq görülməsi məqsədilə silahlı birləşmə yaratmış, onun üzvlərini odlu silah, döyüş sursatı, partlayıcı maddələr və digər hərbi ləvazimatla təchiz edib.
Məlumatda deyilir ki, silahlı birləşmənin bəzi üzvləri əvvəlcə «al-Qaeda» beynəlxalq terrorçu təşkilatının nümayəndələrinin köməkliyi ilə Suriyada cihadda iştiraka hazırlaşmaq məqsədilə xüsusi dini-psixoloji təlim keçiblər.
Məlumata görə, sonra bəziləri Pakistanın Vəziristan vilayətinə gətirilib və burda «al-Qaeda»yə bağlı «İslami-cihad» terrorçu qrupunun tərkibində bir müddət hərbi-dini təlimlər keçərib müxtəlif növ atıcı silahlardan, artilleriya, raket və minomyotlardan atəş açmaq, partlayıcı qurğular hazırlamaq və minalar quraşdırmaq vərdişlərini mənimsəyiblər. Bundan sonra, həmin şəxslər «İslami-cihad» terrorçu qrupunun tərkibində Əfqanıstanın Paktika və Paktiya, Xost, Qəndəhar və Helmənd vilayətlərində beynəlxalq antiterror koalisiyası qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak ediblər, - bəyanatda deyilir.
MTN bildirir ki, Vüqar Padarov 2011-ci ilin yayında silah-sursatla Rusiya-Azərbaycan sərhədlərinin qanunsuz pozaraq, ölkəyə daxil olub və əvvəlcə Zaqatalada gizlənib, sonra isə Gəncədə qalıb.
Məlumatda bildirilir ki, ölkənin ictimai-siyasi həyatını ciddi təhdid edən təhlükəli dəstənin zərərsizləşdirilməsi, terrorçuluq aksiyalarının vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron və Xaçmaz rayonlarında irimiqyaslı xüsusi əməliyyat keçirilib.
Vüqar Padarovun atası isə ölkə mətbuatına bildirib ki, oğlu Mehdi və kürəkəni günahsız yerə saxlanıblar, dindar olmadıqları üçün Vüqar qardaşına pis münasibət bəsləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG