Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:20

Suriya Ban Ki Moonun çağırışını rədd edib


Dəməşq beynəlxalq müşahidəçilərin sayının artırılmasıyla bağlı çağırışı rədd edib.

Suriyanın xarici işlər naziri Valid Muallem atəşkəsi izləmək üçün 250 müşahidəçinin bəs olduğunu bildirib.

BMT-nin baş katibi Ban Ki Moon bundan əvvəl Suriyadakı müşahidəçilərin sayını artırmağa çağırmışdı.

Yerli hüquq müdafiəçilərinin məlumatına görə, hökumət qoşunları Homs şəhərində bir neçə məhəlləni atəşə tutublar.

Amma bu məlumat başqa mənbələr tərəfindən təsdiqlənməyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya müxalifətini beynəlxalq sülh planını pozmağa cəhddə günahlandırıb.
XS
SM
MD
LG