Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:13
Tacikistanda Düşənbə məhkəməsində Santa-Klaus qiyafəsində olan yerli vətəndaşın öldürülməsi ilə bağlı işin baxışına başlanılıb. Qətlə yetirilən şəxs – 24 yaşlı Pərviz Dövlətbəyov ötən il dekabrın 31-də qohumlarını evinin qarşısında bıçaqlanıb. 8 nəfər cinayətdə şübhəli şəxs qismində saxlanılıb.

Həmin vaxt mətbuatda gedən məlumatlara görə, qətl hadisəsi dini zəmində baş verib. Bir qrup insan Dövlətbəyova məhz Santa-Klaus geyimində olduğuna görə hücum edib və “Sən kafirsən” qışqıraraq onu bıçaqlayıblar.

Lakin məmurlar qətlin dinlə əlaqədar olması haqda fikirləri təkzib edirlər.

Hadisədən bir gün əvvəl - dekabrın 30-da Üləma Şurasının başçısı Saidmukarram Abdukodirzoda bəyan etmişdi ki, Yeni İl ərəfəsində yolka bəzədilməsi, onun ətrafında əylənib rəqs edilməsi tacik mədəniyyətinə uyğun deyil, həm də İslam qanunlarına qarşıdır.

Buna baxmayaraq, Tacikistanda Yeni ilin gəlişi rəsmi şəkildə qeyd edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG