Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:39
İranda İsrailin xeyrinə casusluq etməkdə, adam öldürməyə cəhddə və təxribat törətməkdə günahlandırılan 15-ə yaxın adam həbs olunub. Onların arasında iranlılarla yanaşı xarici ölkə vətəndaşları da var.

Xəbəri yerli media İranın Kəşfiyyat Nazirliyinə istinadən yayıb. Məlumatda bildirilir ki, tutulanlar İsrailə bağlı olan şəbəkənin üzvləridir. Məlumatda, İran əks-kəşfiyyatının qonşu ölkələrin birində İsrail kəşfiyyatının casus qrupunu ifşa etdiyi də bildirilir.

Məlumata görə, qrup üzvləri öz planlarını hazırlayarkən İsrailin Qərb ölkələrindəki diplomatik nümayəndəliklərindən də istifadə ediblər. Qrupun məqsədi “ölkənin mütəxəssislərindən birini öldürmək və bəzi infrastruktur obyektlərini partlatmaq olub”.

Söhbətin hansı obyektlərdən getdiyi məlum deyil. Son vaxtlar İranda bir neçə nüvə eksperti müəmmalı şəkildə öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG