Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:26

Yevlax stansiyasında qatar yoldan çıxıb


Arxiv foto
Arxiv foto
Aprelin 18-nə keçən gecə Yevlax stansiyasında qatar yoldan çıxıb.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinınin sözçüsü Nadir Əzməmmədov AzadlıqRadisuna bildirib ki, qatarın 4 refrijerator vaqonu relsdən çıxıb. Bir müddət hər iki istiqamətdə qatarların hərəkətində fasilələr yaranıb.
N.Əzməmmədovun sözlərinə görə, tranzit kimi Azərbaycandan istifadə edən qatar Gürcüstandan gəlirmiş və Türkmənistana gedirmiş. Qatarın yükü toyuq budu olub.
Nadir Əzməmmədov deyib ki, artıq hadisə yerində qəzanın nəticələri aradan qaldırılıb və Bakı-Tbilisi və Tbilisi-Bakı sərnişin qatarları təyinatı üzrə yola salınıb.
XS
SM
MD
LG