Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:51
Təyyarədə namaz kalkulyatoru

Dünyada ilk dəfə olaraq havada namazın vaxtını ölçən proqram hazırlanıb. The Economist yazır ki, bu sistem təyyarədə uçuş zamanı müsəlmanlara ibadət zamanını dəqiqləşdirməyə imkan verir.

Sinqapurun “Crescentrating” şirkətinin hazırladığı “Air Travel Prayer Time Calculator” saat zolaqlarının arasında namazın dəqiq vaxtını hesablayır. Bu zaman uçuşun başladığı və qurtaracağı ölkələrdə namaz vaxtı götürülür və uyğun alqoritm qurulur.

Mövcud proqram göydə olarkən insanların Yerə nisbətən harda olduqlarını fiksə edir. İndiyə kimi bəziləri getdikləri ölkənin namaz saatınız, bəziləri isə çıxdıqları yerin vaxtını əsas götürürdülər. Bəziləri isə uçuş zamanı günəşin görünməsi əsasında namazı qılırdı.

İndi isə səyahətə çıxmazdan əvvəl online kalkulyatorun köməyilə lazımi vaxtı əvvəlcədən ölçmək olar. Müsəlman biləcək ki, uçuşun hansı dəqiqəsində namaza durmalıdır.

Şirkət gələcəkdə uçuş zamanı qibləni göstərən proqram hazırlamağı da planlaşdırır.

Hava şirkətləri hesab edir ki, bu proqrama tələbat böyük olacaq. 2010-cu ilin statistik məlumatlarına görə, müsəlmanlar səyahətlərə 100 milyard ABŞ dollar sərf ediblər. Bu dünya əhalisinin eyni məqsədə xərclədiyi vəsaitin 10 faizidir. 2020-ci ilə kimi bu göstəricinin 15 faizə atacağı proqnozlaşdırılır.

Ümumdünya Turist Təşkilatının hesablamalarına görə, yaxın 20 il ərzində 2 milyon ərəb xaricə səfərə çıxacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG