Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:20

Əfqanıstan prezidenti Talibanı İslama ziyan vurmaqda ittiham edir


Əfqanıstan prezidenti Hamid Karzai bildirib ki, Talibanın son hücumları xarici qoşunların ölkədə qalma müddətinin uzadılmasına xidmət edir.

Həftəsonu yaraqlıların Kabul və başqa 3 şəhərdə silsilə hücumları nəticəsində 35 yaraqlı, 11 əfqan əsgəri və 4 dinc sakin həlak olmuşdu.

Karzai bildirib ki, bu hücumda ölənlər ancaq əfqanlar olub, əsas zərbə də ölkə iqtisadiyyatı və infrastruktura vurulub.

Karzai vurğulayıb ki, “Bununla siz nə İslama, nə ölkənin müstəqilliyinə, xalqına, azadlığına və inkişafına heç bir xeyir vermədiniz.

Karzai bu hücumlar baxmayaraq Talibanı yenə də qardaşlarımız adlandırmağa davam edəcəyini bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG