Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:40

BMT: Suriya hökuməti müşahidəçilərin sərbəst hərəkətini təmin etməlidir


BMT-nin Baş katibi Ban Ki-moon Suriya hökumətinin atəşkəsə əməl olunmasını monitorinq etmək üçün ölkəyə gələn beynəlxalq müşahidəçilərin hərəkət azadlığı və təhlükəsizliyinə cavabdeh olduqlarını bildirib.

Ban atəşkəsin çox kövrək olduğunu, ancaq dialoqun başlanması üçün vacib olduğunu da əlavə edib. Baş katib müxalifət qüvvələrinin də buna əməl etməli olduğunu deyib.

Aprelin 12-dən bəzi şəhərlərdə ara-sıra döyüşlər getsə də, ümumilikdə atəşkəs rejimi qüvvəyə minib. BMT və Ərəb Liqasının vasitəçisi Kofi Annanın sülh planına görə, növbəti mərhələdə humanitar dəhlizlərin açılması, məhbusların buraxılması və müxalifətlə iqtidarın dialoqunun başlanması nəzərdə tutulur.

13 aydır Bashar al-Assad rejiminə qarşı davam edən etirazda 10 minə yaxın adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG