Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:26

Pulitzer mükafatının qalibləri açıqlandı


Massoud Hossaini-nin mükafata layiq görülən əsəri

Massoud Hossaini-nin mükafata layiq görülən əsəri

Amerikada jurnalistlər və yazıçılar üçün ən nüfuzlu mükafat sayılan Pulitzer-in qalibləri açıqlandı.

Bu barədə oxuzalı.az xəbər verir.

“Associated Press” agentliyinin əməkdaşları Matt Apuzzo, Adam Goldman, Eileen Sullivan və Chris Hawley-nin New-York polisinin müsəlmanları heç bir cinayət törətmədiyi halda izləməsini aşkara çıxaran jurnalist araşdırması builki Pulitzer Mükafatının qaliblərindəndir.

Frans-Press Agentliyinin əfqan fotoqrafı Massoud Hossaini də mükafatlandırılanlar sırasındadır: o, mükafata ötən ilin dekabr ayında Kabulda intiharçının ziyarətgahda törətdiyi partlayışdan sonra çəkdiyi ağlayan qız uşağının fotosuna görə layiq görülüb.

Şəkildə ağlayan qızın ətrafı qadın, uşaq meyitləri və yaralılarla doludur.

Tənqid nominasiyasında “Boston globe” qəzetinin yazarı Wesley Morris qalib olub.

Onu mükafata - ilk növbədə pul qazanmaq məqsədilə çəkilmiş filmlər və novator kinolar arasında fərqi anladan yazılarına görə layiq görüblər.

Nəsr nominasiyası üçün mükafat sahibsiz qalıb. Münsiflər finalçılardan heç birini mükafata layiq bilməyiblər.

Finala 3 roman çıxmışdı.

Denis Johnson. “Train Dreams" (“Qatar arzuları”)

Əsərin qəhrəmanı Robert Grainier 1920-ci ilin yayında dəmiryol tikintisində çalışdığı Washington-un şimal-qərbindən doğma evinə qayıdır.

Amma evinin yandırıldığını, ailəsininsə itkin düşdüyünü görür.

Bir müddət sonra Robert özü üçün yeni daxma qura bilir, odunçu işinə düzəlir. Həyatının qalan hissəsini o, tənha yaşayacaq...

Karen Russell-in debüt romanı “Swamplandia!” timsah ovçuluğu ilə məşğul olan ailənin həyatı haqdadır.

David Foster Wallace-in “The Pale King” romanı isə yarımçıq əsərdir. 2008-ci ildə müəllifin intiharından sonra onun ailə üzvləri və dostları tərəfindən kompüterindən toplanaraq çap edilib.

Dramaturgiya sahəsində mükafata isə "Water by the Spoonful" pyesinə görə Quiara Alegría Hudes layiq görülüb.

Əsər İraq müharibəsindən qayıdan, Filadelfiyada sendviç dükanında çalışan əlilin “məna axtarışı” haqdadır.

Şeir nominasiyası üzrə mükafat "Life on Mars" (“Marsda həyat”) kitabına görə qaradərili yazar Tracy K. Smith-ə verilib.

1972-ci il təvəllüdlü Smith üç şeir kitabının müəllifidir. Onun mükafata layiq görülən son kitabı haqda mətbuatda dərc edilmiş rəylərin birində deyilir: ““Marsda həyat” öncə bizi xəyalların əsrarəngiz aləminə qaldırır, sonra isə özümüzə qaytarır, amma dəyişmiş və rahatlanmış halda”.

Mükafatın dəyəri 10 min dollardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG