Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:05

Naxçıvanda dağ kəndinin firavan günləri


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 35 (20.440) 22 fevral 2012


MART AYINDA EPİZOOTİK TƏDBİRLƏRƏ BAŞLANILACAQ

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətindən aldığımız məlumata görə, mart ayının 1-dən epizootik tədbirlər planına müvafiq olaraq, muxtar respublika ərazisində mövcud olan heyvanlar arasında qarayara xəstəliyi əleyhinə peyvəndləmə işlərinə start veriləcək. Xidmətin bütün baytar personalı bu işə cəlb olunacaq. Peyvəndləmə tədbirləri çərçivəsində əhali ilə maarifləndirmə işləri də aparılacaq.
Xatırladaq ki, peyvəndləmədən sonra heyvanlar 5 gün nəzarətdə saxlanılacaq. Üzərində peyvəndləmə aparılmış heyvanların ətindən 14 gün müddətində istifadə etmək məsləhət görülmür.

NAXÇIVANDA DAĞ KƏNDİNİN FİRAVAN GÜNLƏRİ

Şərurun axarlı-baxarlı təbii gözəllikləri, əsrarəngiz mənzərələri ilə gözoxşayan yaşayış məntəqələrindən biri də Gümüşlü kəndidir. Başı çalmalı dağları sanki bu kəndin keşiyində durub.

...Gümüşlüdə bu gün də həyat öz axarı ilə davam edir. Hazırda kəndin yuxarı başında Arpaçay dəryaçası üzərində yeni elektrik stansiyası tikilir. Kəndin gəncləri tikintidə böyük həvəslə işləyir, əsl hünər göstərirlər.

...Yeri gəlmişkən qeyd edək ki, 2008-ci ildə Arpaçay dəryaçası əsaslı təmir olunandan sonra buradakı bəndin alt hissəsində geniş abadlıq işləri aparılmışdır.
Bir vaxtlar Kol-kos basmış, bataqlığa çevrilmiş ərazi təmizlənmiş, iməcilik yolu ilə 10 hektar sahədə yeni meyvə bağı salınmışdır. Gümüşlünün ictimai binalarına və məhəllələrinə Şahbulaq kəndinin dişgöynədən bulaqlarından 7 kilometr uzunluğunda içməli su xətti çəkilmişdir.
Heyvandarlıq dağ kəndlərində inkişaf etdirilən və iqtisadi cəhətdən xeyli sərfəli olan təsərrüfat sahəsidir. Odur ki, həm Gümüşlüdə, həm də Şahbulaqda heyvandarlığa maraq ildən-ilə artır. Bu kəndlərdə əksər ailənin 3-4 baş iribuynuzlu və 10-15 baş xırdabuynuzlu heyvanı var. İndi ərazidə 332 baş qaramal, 1096 baş davar bəslənilir.

...Gözlərimin dağlardakı dumana dikildiyini görən kənd ağsaqqalı Əli Şıxəliyev dedi:

«Qorxusu yoxdur. Uzağı qar yağacaq. Gümüşlü camaatı nə sərt qışdan, nə də ki, kəndi tez-tez bürüyən çən-dumandan qorxur. Çünki, dövlətimiz onlara hərtərəfli şərait yaradıb».

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Pensiyaçılara xidmətin səviyyəsi yüksəldilir

- Gömrük İdarəsi üçün yeni kompleksin və Gömrük laboratoriyasının inşası yekunlaşdırılır

- Dispanser binasında son tamamlama işləri aparılır

- 15 yaşlı idman ustası

- Tikinti obyektində praktiki tibbi təlim keçirilmişdir
XS
SM
MD
LG