Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:51

Azərbaycan hökuməti jurnalistə 7500 avro ödəməlidir


Jurnalist Sarvan Rizvanov
Jurnalist Sarvan Rizvanov
Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı jurnalistin iddiası əsasında qərarını açıqlayıb.
Məhkəmə hazırda Almaniyada yaşayan "Azadlıq" qəzetinin keçmiş əməkdaşı Sarvan Rizvanovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə təminat verilən hüququnun pozulduğu qənaətinə gəlib.
Qərara əsasən, Azərbaycan hökuməti Sarvan Rizvanova mənəvi ziyana görə, 4500 avro, məhkəmə xərclərinə görə isə 3000 avro ödəməlidir.
Məlumatı Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev verib.
Sarvan Rizvanov 2005-ci il noyabrın 9-da “Azadlıq” blokunun “20 yanvar” metrosundan Dövlət Kinofilm Fondunun qarşısına kimi nəzərdə tutulan marşrutda icazəli keçirilən yürüş-mitinqi zamanı foto-çəkiliş apararkən Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Çingiz Məmmədov tərəfindən zorakılığa məruz qaldığını bildirib. Onun yerli məhkəmələrdə həm cinayət, həm də mülki icraat qaydasında qaldırdığı şikayətlərin hamısı rədd olunub.
Jurnalistin pis rəftara məruz qalmaq və digər hüquqlarının pozuntusu ilə bağlı şikayəti 2006-cı ilin iyulunda Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilmişdi.
XS
SM
MD
LG