Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:37

Polis Leyla Yunusun ofisinə niyə gəlib?


Polislər hüquq müdafiəçisi Leyla Yunusun Nizami küçəsi 53 ünvanında yerləşən ofisi qarşısında

Polislər hüquq müdafiəçisi Leyla Yunusun Nizami küçəsi 53 ünvanında yerləşən ofisi qarşısında

Aprelin 17-də saat 14 radələrində Hüquq müdafiəçisi Leyla Yunusun Nizami küçəsi 53 ünvanında yerləşən ofisinə polislər gəlib. Leyla Yunus AzadlıqRadiosuna deyib ki, iki nəfər polis əməkdaşları özlərini təqdim etməyib, ofisin işçilərinin sənədlərini tələb ediblər:
«Mən özüm ofisdə olmamışam. Onlar gəlib ofisin işçilərinə hədə qorxu gəliblər. Bildiriblər ki, sizin burada hansı işlər gördüyünüz bizə yaxşı məlumdur. Sizin barənizdə məlumatlar toplandıqdan sonra tədbirlər görüləcək».
Leyla Yunus deyir ki, aprelin 2-də də onun ofisini naməlum adamlar gəlib, ofisin qapılarını sındırıblar. Leyla Yunusun fikrincə bunlar müxtəlif tədbirlərdə və beynəlxalq mediada Azərbaycan hökumətini tənqid edən çıxışları ilə bağlıdır.

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyir ki, sahə rəislərinin və inspektorlarının əsas vəzifələrindən biri xidməti ərazidə pasport rejimini və qeydiyyat qaydalarını yoxlamaqdan ibarətdir. Orxan Mansurzadə həmçinin qeyd edir ki, sahə rəisinin göstərişinə əsasən 2 polis əməkdaşı Nizami küçəsi 53 ünvanına getmiş, polislərdən biri giriş qapsındaca texniki işçilərin birindən, həmin ünvanda kimlərin fəaliyyət göstərməsi ilə maraqlanıblar:
“Sonra içəridən bir xanım gələrək bu ünvanda Leyla Yunusa məxsus ofisin yerləşdiyini, onun icazəsi olmadan əlavə heç bir məlumat verə bilməyəcəyini deyib. Polislər də bu cavabla kifayətlənərək ərazini tərk ediblər. Yəni Leyla Yunusun dediyinin əksinə olaraq polis əməkdaşları ofisinin içərsinə belə daxil olmadığından, onların ofis işçilərinə qarşı hər hansı təzyiq və təhdid etməsi ilə bağlı iddialar tamamilə gülüncdür. Belə iddiaların heç bir əsası yoxdur və polis əməkdaşlarına qarşı onun növbəti böhtan, qarayaxma kampaniyasından başqa bir şey deyil. Ümumiyyətlə Leyla Yunus hər zaman polis mövzusu ətrafında əsassız və süni şəkildə şou düzəldərək bundan özünün siyasi məqsədləri üçün yararlanmaqda, əlavə dividentlər qazanmaqda çox mahirdir”

Orxan Mansurzadə əlavə edir ki, analoji tədbirlər nəinki Nizami küçəsi 53-də, həmçinin digər yaxın küçə və ünvanlarda da aparılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG