Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:26

Naxçıvanda AXCP fəalının apelyasiya şikayətinə baxılıb


Vəkil Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev
Aprelin 17-də Naxçıvan Ali Məhkəməsində AXCP fəalı Zeynal Bağırzadənin apelyasiya şikayətinə baxılıb. Tərəflər dinlənəndən sonra məhkəmə mayın 1-ə qədər təxirə salınıb.

Bu haqda AzadlıqRadiosuna Zeynal Bağırzadənin vəkili Əsabəli Mustafayev məlumat verib.

Apelyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin Zeynal Bağırzadə haqqında çıxardığı hökmdən verilmişdi.

AXCP fəalı Zeynal Bağırzadə martın 2-də Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. O, dələduzluqda ittiham olunur. Müdafiə tərəfi isə həbsin siyasi sifarişli və qurama olduğunu bildirir.

Zeynal Bağırzadə bütün ittihamları rədd edir.

Əlaqədar yazılar

XS
SM
MD
LG