Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:47

ABŞ Belarusun “addım”ını bəyənir


ABŞ hökuməti Belarusun keçmiş prezidentliyə namizədi və onun kampaniyasının menecerini azadlığa buraxma qərarını “əhəmiyyətli addım” adlandırır, eyni zamanda çağırış edir ki, Belarus digər siyasi məhbusları da dərhal azad etsin.

Andrey Sannikov və Zmitser Bondarenko 2010-cu ilin dekabrında - Aleksandr Lukashenka yenidən prezident seçildikdən sonrakı etiraz mitinqlərində göstərdikləri fəallığa görə həbs olunmuşdular.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, “ABŞ və Belarus münasibətlərinin yaxşılaşmasında əsas məsələ insan haqları və demokratiyaya sayğıdır”.

Belarus müxalifəti deyir ki, ölkədə hələ daha 10 siyasi məhbus var. onlar içərisində keçmiş prezidentliyə namizəd Mikola Statkevichin də adı keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG