Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:42

Nazirlər kabinetinin iclası, sirk ustasının problemi...


Aprelin 17-də dərc olunan qəzetlər

Aprelin 17-də dərc olunan qəzetlər

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışına geniş yer verib.
Prezident çıxışında deyib ki, «bizi bəzi hallarda antidemokratik addımlarda ittiham etmək istəyənlər getsinlər öz ölkələrində nə baş verdiyini görsünlər. Orada hər gün, hər həftə nümayişə çıxan insanlar döyülür, əzilir, onların başı partlayır, yüzlərlə nümayişçi həbs edilir. Bu, o ölkələrdir ki, onların bəzi mətbu orqanları Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Yaxşı atalar sözü var bizdə, deyir: «Öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir».

«MİTİNQLƏR ÜÇÜN ƏN MƏQBUL, YƏNİ, O İNSANLAR ÜÇÜN ƏN MƏQBUL VƏ ONLARA YARAŞAN YERİ SEÇİBDİR»
Prezident deyib ki, «bizdə demokratiya da, söz azadlığı da, vicdan azadlığı da, sərbəst toplaşmaq azadlığı da vardır. İndi bütün Azərbaycan ictimaiyyəti bunu da gördü ki, ölkəmizdə sərbəst toplaşmaq azadlığı vardır. Əgər bütün bu imkanlardan istifadə etmək istəyənlər normal davranış qaydalarını gözləsələr, şəhər meriyasının göstərdiyi yerdə öz tədbirlərini keçirsələr onda sərbəst toplaşmaq hüququndan yararlana bilərlər. Mən hesab edirəm ki, şəhər meriyası çox müdrik addımlar atıbdır və nümayişlər, mitinqlər üçün ən məqbul, yəni, o insanlar üçün ən məqbul və onlara yaraşan yeri seçibdir. O yerdə istənilən tədbiri keçirmək mümkündür. Bu tədbirlər məhz o yerdə keçirilməlidir».
«75 MİN DOLLARIMI VERMİRLƏR»
Bunu «Azadlıq» qəzetinə fransız sirk ustası deyib. Qəzet yazır ki, sirk ustası Frederik Roşel 16 şiri, 1 pələngi, 3 iti və iki pişiyi ilə iki aydır Bakıdadır: «Deməsinə görə, keçən il Ukraynada çıxış edərkən Ruslan və Mirzə Abbasovlar ona rəhbərlik etdikləri «Fantaziya sirk» adından əməkdaşlıq təklif edir və 3 aylıq müqavilə ilə Bakıya gətirirlər. «Bakıya oktyabrda gəldim, növbəti aydan artıq problemimiz yarandı. Onlar hər ay müxtəlif bəhanələrlə pulumu verməkdən imtina etdilər. Son haqq-hesaba görə mənə 60 günün haqqını verməlidilər, bu da hardasa 75 min dollar edir».
Fransız deyir ki, 26 illik fəaliyyəti dövründə hələ bir dəfə də indiki kimi fırıldaqla qarşılaşmayıb.
BAKIDA QAZINTI FƏLAKƏTİ
«Yeni Müsavat» qəzeti yazır ki, paytaxtın əsas keçələri başdan-ayağa qazılıb, Bayılda tikinti bumu yaşanır. Son zamanlar paytaxtın müxtəlif yerlərində su kəmərlərinin, kanalizasiya xətlərinin və rabitə kabellərinin çəkilişi və təmiri üçün qazıntı işləri aparılır. Bakıdakı qazıntı, söküntü işlərini görmək isə o qədər də çətin deyil. Tikinti bumu hər yerdədir istər şəhərin mərkəzi olsun, istərsə də kənarı. Metronun «Elmlər Akademiyası» stansiyasından «Qurd qapısı» qəbiristanlığa gedəndə yolun hər iki tərəfində səki və yol kortəbii şəkildə qazılıb. Dağılmış asfalt örtüyünün üzərində dərin və ilanvari bir cığır yaranıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG