Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:08

James Cameron: "Əgər elə desəydim, heç kəs çəkdiyim filmə baxmayacaqdı"


.
oxuzali.az


"Kino ürəkdən gəlməlidir. Əgər sənin məqsədin yalnız pul qazanmaqdırsa, sən sənətkar kimi maraqlı bir şey yaratmayacaqsan, sən yalnız inandığın şeyləri etməlisən".

Bunu Rusiyanın 1-ci kanalındakı "Pozner" proqramına müsahibəsində dünya şöhrətli Amerika rejissoru, "Titanik", "Avatar", "Terminator" kimi məşhur filmləri çəkmiş James Cameron deyib.

Amma rejissor çəkdiyi filmlərin rekord məbləğdə gəlir gətirməsi ilə fəxr etdiyini də etiraf edib:

"Bu onu göstərir ki, mənim yanaşmam düzgündür. Yəni insanların əyləncə sənayesindən nə istədiyini düzgün anlayıram".

Ümumiyyətlə, Cameron-un fikrincə, rejissor üçün əsas olan şey - "anlaşılmaq, öz ideyasını çatdıra bilməkdir":

"Filmin kütlə tərəfindən anlaşılması, onun insanlara təsir etməsi çox vacibdir və çalışıb buna nail olmaq lazımdır".

Rejissorun sözlərinə görə, o həmişə filmlərində əkşn və zorakılığı müəyyən əxlaq kompası isə uyğunlaşdırmağa çalışıb".

O, "Avatar" filmini buna misal çəkib:

"Mən bu filmlə öz şəxsi qənaətlərimi ifadə etməyə çalışmışam. Amma əgər mən desəydim ki, bu film ekologiya, ruhi aləm, aborigen xalqların hüquqları barədədir, heç kim gedib ona baxmayacaqdı. Belədə isə hamı filmə baxmaq üçün növbəyə düzüldü".

"Titanik" filminin 3D formatının ekranlara çıxmasını şərh edən rejissor deyib ki, bu texnologiya filmlərə "ikinci həyat verir": "Kino çəkənlər istəyir ki, insanlar kinoteatrlara getsinlər, televizor ekranı qarşısında toplaşmasınlar. Buna görə də biz onların sevimli filmlərini götürüb 3D formatına keçiririk. Beləliklə də həmin filmə yenidən böyük ekranda baxaraq həzz almaq mümkün olur. Bundan başqa film həm də yeni dəyər qazanmış olur".

MÜSAHİBƏYƏ TAM ŞƏKİLDƏ BAX

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG