Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:00

Iran Milli Bankı kart sahiblərini öz PIN kodlarını dəyişdirməyə çağırır


İran Mərkəzi Bankı ölkədəki bütün kredit və debit kart sahiblərini öz PİN kodlarını dəyişdirməyə çağırıb.

Bankın bəyanatı ölkədəki 3 milyon kart sahiblərindən bəzilərinin kartlarının yarılması haqda media məlumatlarından sonra verilib.

Həmin məlumatlara görə, hesabları yaran Khosro Zare adlı keçmiş bank mütəxəssisidir. O, İranı artıq tərk edib.

Zare öz bloqunda yazıb ki, İranın bank sisteminin necə həssas olduğunu göstərmək üçün kartları yarıb.

Milli Bankın bu məlumatlara birinci reaksiyası belə idi ki, İranın bank sisteminə təhlükə ciddi deyil.
XS
SM
MD
LG