Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:16

Crystal Hall Eurovision şousunun hazırlanması üçün təhvil verildi


“Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall” şou üçün təhvil verilib.

APA-nın xəbərinə görə, bu barədə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Eurovision-2012” işçi qrupunun rəhbəri Adil Kərimli mətbuat konfransında məlumat verib.

2012-ci il yanvarın 25-də tikintisinə başlanan Crystal Hall 25 min tamaşaçı tutur.

Müsabiqə zamanı isə 20 min tamaşaçı qəbul olunacaq.

Crystal Hall indi şounu hazırlayacaq “Brainpoll” şirkətinə təhvil verib.
Bu gündən şounun hazırlıqlarına başlanılıb.
Zalda 80 min işıq diodu, 2500-dən artıq proyektor və hərəkətli işıqlardan istifadə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG