Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:43

Azərbaycan prezidenti 2012-ci ilin birinci rübünün sosial-iqtisadi göstəricilərini açıqlayıb


Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

“İlham Əliyev bildirib ki, 2012-ci il uğurlu başlayıb. Ölkədə ümumi daxili məhsul 0,5% artıb, qeyri-neft sektorunda bu göstərici 7,7% olub: “Ümumi sənaye istehsalı 0,3% azalsa da, sənayedə qeyri-neft sektorunun çəkisi 16,5% artıb. Bu, müstəqillik dövründə rekord göstəricidir”.

Dövlət başçısı makroiqtisadi göstəricilərin müsbət olduğunu, inflyasiyanın cəmi 3,1% təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 14% artdığını bildirib.
XS
SM
MD
LG