Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:44
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

İlham Əliyev bildirib ki, 2012-ci il uğurlu başlayıb. Ölkədə ümumi daxili məhsul 0,5% artıb, qeyri-neft sektorunda bu göstərici 7,7% olub: “Ümumi sənaye istehsalı 0,3% azalsa da, sənayedə qeyri-neft sektorunun çəkisi 16,5% artıb. Bu, müstəqillik dövründə rekord göstəricidir”.

Dövlət başçısı makroiqtisadi göstəricilərin müsbət olduğunu, inflyasiyanın cəmi 3,1% təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 14% artdığını bildirib. O qeyd edib ki, bu ilin dövlət büdcəsi 20 mlrd. dollardan çoxdur, icmal büdcə 25 mlrd. dollardır: “Ölkənin strateji xəttinə uyğun olaraq valyuta ehtiyatları artır və cari ilin birinci rübündə bu rəqəm 43 mlrd. dollardan çoxdur”.

Prezident İlham Əliyev Dövlət Neft Fondunun yeni strategiyasının müəyyən edildiyini, hazırda Fondun investisiya və yerləşdirmə portfelinin genişləndiyini, bununla da ölkənin iqtisadi gücünün daha da artdığını vurğulayıb.

Ancaq prezident qeyd edib ki, Azərbaycanın investisiya paketində daxili sərmayələr üstünlük təşkil edir.

Onun sözlərinə görə, indi ölkədə böyük ixrac potensialı formalaşıb və dövlət bu potensialın güclənməsində maraqlıdır.

Ilham Əliyev deyib ki, sahibkarlığın inkişafı ilə bağlı bu il 200 mln. manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, birinci rübdə 24 min yeni iş yeri yaradılıb ki, onlardan da 20 mini daimidir.

Cari ilin birinci rübündə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsünün həyata keçirilməsi ilə bağlı işlərə başlandığını deyən Azərbaycan prezidenti kompensasiya üçün təxminən 1 mlrd. manat vəsaitin nəzərdə tutulduğunu bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG