Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:59
Pop ulduzu Jennifer Lopez-in Bakıya gələcəyi haqda xəbər vermişdik. Daha iki məşhur müğənninin – Shakira və Rihanna-nın da Azərbaycan paytaxtına gələcəyi məlum olub.


Jennifer Lopez

Jennifer Lopez


Bu məlumatı “Omnikomo Music Group” adlı təşkilat verir.

Omnikomo - sentyabrın axırlarında-oktyabrın əvvəllərində Bakıda keçiriləcək 17 yaşınadək qızlar arasında futbol üzrə dünya kuboku yarışlarının musiqi
tərəfdaşıdır.


Rihanna 2008-ci ildə Grammy mükafatını alarkən

Rihanna 2008-ci ildə Grammy mükafatını alarkən


Aprelin 13-də Azərbaycan Futbol Federasiyası yalnız Jennifer Lopezin gəlişinin dəqiləşdirildiyini bildirmişdi.

Omnikomo isə bildirir ki, dünya birinciliyinin 22 sentyabrdakı rəsmi açılışında Jennifer Lopez, 13 oktybardakı bağlanış mərasimində Shakira çıxış edəcək.

Oktybarın 6-da isə Bakının Crystal Hall sarayında Rihannanın konserti olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG