Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:30

Shakira, Rihanna, Jennifer Lopez Bakıya gəlir


Dünyanın 3 məşhur müğənnisi – Shakira, Rihanna və Jennifer Lopez payızda Bakıya gələcəklər.
Bu məlumatı “Omnikomo Music Group” adlı təşkilat verir.

Omnikomo - sentyabrın axırlarında-oktyabrın əvvəllərində Bakıda keçiriləcək 17 yaşınadək qızlar arasında futbol üzrə dünya kuboku yarışlarının musiqi
tərəfdaşıdır.

Aprelin 13-də Azərbaycan Futbol Federasiyası yalnız Jennifer Lopezin gəlişinin dəqiləşdirildiyini bildirmişdi.

Omnikomo isə bildirir ki, dünya birinciliyinin 22 sentyabrdakı rəsmi açılışında Jennifer Lopez, 13 oktybardakı bağlanış mərasimində Shakira çıxış edəcək.

Oktybarın 6-da isə Bakının Crystal Hall sarayında Rihannanın konserti olacaq.
XS
SM
MD
LG