Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:06

Gəncədə köşkləri sökülənlər də başçıdan razıdırlar... (yerli mətbuatın yazdıqları)


«Gəncənin Səsi» qəzeti

«Gəncənin Səsi» qəzeti

-
Azadlıqradiosunun saytında hər gün oxucuları paytaxtda dərc olunan qəzetlərin qısa icmalı ilə tanış edirik. Ancaq Azərbaycanın əyalətlərində də qəzetlər çıxır və onların çoxundan başqa yerlərdə yaşayanların xəbəri olmur.

Bundan sonra vaxtaşırı onlara da yer verməklə əyalətlərdə baş verənlərə daha çox yer ayırmağa çalışacağıq. Seçilən yazılarda xırda ixtisarlar istisna olunmaqla heç bir dəyişikliyə yol verilmir.



«GƏNCƏNİN SƏSİ» QƏZETİ (30 MART 2012-Cİ İL)

İcra başçısının qəbulundan:

Vətəndaşların müraciətlərinə diqqət və qayğı artmışdır

İstər vaxtaşırı keçən səyyar qəbullar, istərsə də icra hakimiyyətində sakinlərin qəbulu böyük razılığa səbəb olur. Daimi və ardıcıl keçirilən həmin qəbullarda icra başçısı tərəfindən insanların arzu və təklifləri, problemləri yerindəcə öyrənilir, onu doğuran səbəblər araşdırılır, onların operativ qaydada aradan qaldırılmasına müvəffəq olunur.

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hər zaman sakinlər ilə görüşməyə vaxt tapır. Onları diqqət və qayğı ilə dinləyir, müvafiq tapşırıqlar verir. Elə sakinlər də şəhər rəhbərliyinə inanır, ona etimad edir, problemlərinə laqeyd yanaşılmayacağına əmindirlər. Çünki haqlı tələb cavabsız qalmır.

Növbəti qəbul günündə öncə sakinlərə müraciət edən icra başçısı dedi ki, istər səyyar, istərsə də icra hakimiyyətində keçirilən qəbullar vətəndaşların müraciətlərinə daha diqqətli yanaşılmasına, gündəlik həyatda onlar üçün, ümumiyyətlə problemlərin yaranmamasına xidmət edir. Və hər kəs əmin ola bilər ki, haqlı tələb heç vaxt cavabsız qalmır və qalmayacaqdır.

...Azərbaycan siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Odur ki, hər bir sakinin müraciəti öz həllini tapmalıdır-deyən icra başçısı sonra qəbula gələnləri dinləməyə başladı.

Köşkləri sökülənlər başçının qəbulundan razılıqla getdilər...

Növbəti qəbul günündə şəhər sakinləri icra başçısına müxtəlif məsələlərlə bağlı müraciət etdilər. İşlə təmin olunmaq üçün qəbula gələn Nigar Əsgərovanın və Maarifə Məmmədovanın müraciətləri müsbət həll olundu. Şəhid ailələrini qayğı və hörmətlə dinləyən icra başçısı müvafiq tapşırıqlar verdi. Demək olar ki, müraciət edənlərin əksəriyyətinin arzu və şikayətləri yerindəcə həll olundu.

Şəhərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə bağlı şəhərsalma tələblərinə cavab verməyən sökülmüş köşklərin sahibləri də qəbul gününü razılıqla tərk etdilər. Onların hər biri arzu etdikləri istiqamətdə torpaqla təmin edildilər.

... İşsizliklə bağlı müraciətlər dinlənildikdən sonra şəhər məşğulluq idarəsi rəhbərliyinə vakant yerlərlə bağlı kütləvi informasiya vasitələrində məlumat yaymaları barədə tapşırıq verildi.

Həmin gün icra başçısının çox səmimi, işgüzar, məqsədyönlü şəkildə keçən qəbuluna gələnlər oranı razılıqla tərk etdilər.

«GƏNCƏBASAR» QƏZETİ:

GÖYGÖLÜN KƏNDLƏRİNDƏ İXTİSASLI HƏKİMLƏR ÇATIŞMIR...


«Gəncəbasar» qəzeti

«Gəncəbasar» qəzeti

Göygöl rayonunun səhiyyə ocaqlarında ixtisaslı kadrlara böyük ehtiyac var. Çatışmazlıq daha çox dağ kəndlərində müşahidə olunur. Göygöl mərkəzi rayon Xəstəxanasının baş həkimi Hamlet Ömərovun sözlərinə görə, kənd həkim məntəqələrində ailə həkimləri, kənd sahə xəstəxanasında isə ixtisaslı həkimlər çatışmır. Ehtiyac duyulan yerlərdə tələbat səyyar briqadalar vasitəsi ilə ödənilir. Belə ki, akuşer-ginekoloqar, pediatr və terapevtlər ayda bir dəfə kəndlərdə olur. Lazım olarsa xəstələrin müalicəsi Göygöl Mərkəzi rayon Xəstəxanasın şöbələrinə davam etdirilir.

O ki, qaldı kadr probleminin həllinə, Hamlet Ömərov bununla bağlı Səhiyyə Nazirliyinə ildə bir dəfə müraciət olunduğunu deyir. Sonuncu müraciət isə müsbət nəticələnib. Belə ki, rayona Səhiyyə Nazirliyinin təyinatı ilə onkoloq və endokrinoloq göndərilib.

Qeyd edək ki, Göygöl rayonunda 151 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 2 kənd sahə xəstəxanası, 10 kənd həkim məntəqəsi və 23 tibb məntəqəsi fəaliyyət göstərir.

Dağ kəndlərində xarici dil, coğrafiya və biologiya müəllimlərinə ehtiyac var…

Səhiyyədən fərqli olaraq Göygöl rayonunun təhsil ocaqlarında kadr çatışmamazlığı mövcud deyil. Bütün məktəblərdə tədrisi ixtisaslı kadrlar aparır. Göygöl rayon təhsil şöbəsindən verilən məlumata görə, bu dərs ilində 7 nəfər təyinatla məktəblərə göndərilib. Bu üzdən də illərdir müşahidə olunan kadr çatışmamazlığı mövcud deyil. Şöbə müdiri Elbrus Atayev deyir ki, ancaq dağ kəndlərinin bir neçəsində xarici dil, coğrafiya və biologiya müəllimlərinə ehtiyyac var. Bununla bağlı Təhsil Nazirliyinə məlumat verilib. Göygöl rayonunun 50 ümumtəhsil məktəbində 8880 şagirdin təlim-tərbiyyəsi ilə 1546 müəllim məşğul olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG