Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:24

Taliban bildirir ki, bu, yaz hücumun başlanğıcıdır


Əfqanıstanın Daxili İşlər nazirliyinin fikrincə, bazar günündən Kabilə və digər şəhərlərə əlaqələndirmiş hücumu Pakistanda yerləşən Haqqani qrupu edib.
Daxili İşlər Naziri Besmillah Mohammadi deyib ki, bunu əsir götürülmüş yaraqlı bildirib.

Kabilə 16 saatlıq kütləvi hücum NATO helokopterlərinin yaraqlıların mövqelərinə zərbələrindən sonra başa çatıb.

Əfqanıstan hökuməti 36 yaraqlının öldürüldüyünü bildirir.

Taliban isə bildirib ki, şəhərlərə hücumları o təşkil edib. Talibanın yaydığı məlumata görə, bu, yaz hücumun başlanğıcıdır.
Son iki gündə xarici səfirliklər, Əfqanıstan parlamentinin binası, NATO qoşunlarının qərargahı hücumlara məruz qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG