Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:04

Kabildə 16 saatlıq qanlı döyüş


Əfqanıstanın daxili işlər naziri Besmillah Mohammadi deyir ki, yaraqlılar həbs olunub. Həbs olunanlar hücumlarda Pakistanda yerləşən Hakkani qruplaşmasının əli olduğunu etiraf ediblər.

Kabildə 16 saatlıq vuruşma NATO vertolyotlarının müdaxiləsindən sonra başa çatıb.

Əfqan hökuməti deyir ki, onlar paytaxtın Şrippur və Daruləman rayonlarına nəzarəti bu səhər bərpa ediblər.

Rəsmi məlumatlara görə, 36 yaraqlı öldürülüb. Hökumət 8 hərbçisini itiirb, ölənlər arasında 3 mülkü vətəndaş da var.

Taliban hücumun məsuliyyətini öz öhdəsinə götürüb, bunu "bahar qiyamının başlanğıcı" adlandırıb. Onların hücum hədəfləri xarici səfirliklər, bahalı otellər, NATO-nun qərargahı və parlament olub.


HÜCUMLAR 10 GÜCLÜ PARTLAYIŞDAN BAŞLADI
Bazar günü səhər Kabildə prezident sarayı, xarici təşkilatlar, ABŞ və digər ölkə səfirliklərinin yerləşdiyi ərazinin yaxınlığında azı 10 partlayış törədilib.
Dərhal sonra atışma səsləri gəldi, bəzi binalardan tustü çıxırdı.
İlk saatlarda təhlükəsizlik qüvvələri ilə şəhərə hücum edən yaraqlılar arasında şiddətli döyüşlər haqda məlumtalar daxil olsa da, hücumu törədənlər, ölən və yaralananlar haqda məlumatlar verilmirdi.
TALIBAN QIYAMA BAŞLADIĞINI ELAN EDİR
Günorta hücumun məsuliyyətini Taliban öz üzərinə götürdü. “Kabildə törədilmiş hücumlar qabaqcadan hazırlanmış bahar qiyamının başlanğıcıdır” – deyə Talibanın nümayəndəsi Zabihulla Mujahid bəyanat verdi.
PARLAMENT VƏ ABŞ SƏFİRLİYİ BİNALARI ƏTRAFINDA DÖYÜŞLƏR
Məlumatlara görə, Kabildəki döyüşlərdə parlamentin binasını qoruyan təhlükəsizlik qüvvələrinə bir neçə deputat da qoşulub.
Amerikalı diplomatlar döyüşün faktiki səfirliyin ətrafında getdiyini deyirlər.
BÖYÜK BRİTANİYA VƏ RUSİYA SƏFİRLİKLƏRİ YANINDA PARTLAYIŞLAR
Almaniya səfirliyinin yaxınlığındakı super-marketdə törədilmiş partlayışlardan sonra
həmin ərazidən ABŞ ordusunun hərbi maşın karvanı ötüb.
Bundan əvvəl Böyük Britaniya və Rusiya səfirliklərinin binası da atəşə tutulub.
NATO komandanlığı azı şəhərin 7 rayonunda hücumlar törədildiyini xəbər verir.
Həmçinin ölkənin şərqindəki Calalabad və Qardez şəhərlərində hücumlar törədilib.
AXŞAM SAATLARINA OLAN SON VƏZİYYƏT

Əfqanıstanın hakim dairələri paytaxt Kabildə döyüşlərin davam etdiyini xəbər verirlər.
Amma rəsmilər Nangarhar və Paktiya əyalətlərində döyüşün dayandırıldığını deyirlər.
Daxili İşlər Nazirliyi radikal islamçı Hakkani qrupunun bu hücumlarda əli olduğunu bildirir.
Talibanın nümayəndəsi bundan əvvəl bu hücumların bahar qiyamının başlanğıcı olduğunu bəyan etmişdi.
İtkilər barədə məlumat verilmir.

(AzadlıqRadiosu hadisələri izləyir. Material gün ərzində yenilənir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG